Descargar Imprimir esta página

Loewe bild i.77 dr+ Manual De Uso página 452

Publicidad

Idiomas disponibles
  • MX

Idiomas disponibles

  • MEXICANO, página 90
Loewe bild i | İstifadəçi təlimatı
Təhlükəsizlik/Xəbərdarlıq
Təhlükəsizlik/Xəbərdarlıq
Təhlükəsizliyiniz və cihazınıza lazımsız zərər
dəyməməsi məqsədilə aşağıdakı təhlükəsizlik
təlimatı ilə tanış olmağınız və ona riayət
etməyiniz xahiş olunur.
Əsas simvollar
Bu simvol yüksək gərginliyin səbəb
olduğu riskləri göstərir.
Bu simvol istifadəçini digər, daha konkret
risklər barədə xəbərdar edir.
Bu simvol yanğınla bağlı təhlükələri
bildirir.
Bu simvol iti kənarlarla bağlı təhlükələri
bildirir.
Qarniturun arxa panelini çıxarmayın
Xəbərdarlıq: Arxa panelin açılması və ya
çıxarılması elektrik cərəyanı vurması və yüksək
gərginliyin səbəb olduğu ciddi zədə riski yaradır.
ATTENTION
ELECTRIC SHOCK DANGER
– DO NOT OPEN
Arxa paneli heç vaxt özünüz açmayın. Televizo-
runuzun təmirini və ona xidmət göstərilməsini
ixtisaslı, avtorizə olunmuş televizor ustalarına
həvalə edin.
Bu məqsədlə dilerlə və ya bizim müştərilərə
dəstək xidməti ilə əlaqə saxlayın.
Təyinatı üzrə istifadə və iş şərtləri
Bu televizor yalnız təsvir və səs
siqnallarının qəbulu və əks etdirilməsi
üçün nəzərə tutulub.
Telezivor rütubətsiz məkanlar (yaşayış
və ofis otaqları) üçün nəzərdə tutulub.
Televizor yüksək rütubət olan məkanlarda
(məsələn, hamam, sauna) və ya açıq
havada istifadə edilə bilməz.
İstifadə edərkən televizorun rütubətdən
(su damcıları, sıçraması və ya kodensat)
mühafizə olunduğuna əmin olun.
Yüksək rütubət və toz elektrik enerjisi
itkisinə səbəb olur. Bu, elektrik gərginliyi
və ya yanğın nəticəsində aparata zərər
dəyməsi ilə nəticələnə bilər.
Televizoru soyuq mühitdən isti yerə
gətirdikdə, kondensatın formalaşmasını
nəzərə alaraq onu təxminən 1 saat işə
salmayın.
Televizorun üstünə içində maye olan
əşyalar qoymayın.
C i h a z ı
s u
damcılarından və
sıçramasından qo-
ruyun.
Alovun yayılmasının
q a r ş ı s ı n ı a l m a q
üçün şam və ya digər açıq alov mənbələri
televizordan uzaq saxlanmalıdır.
92
Cihazda istifadə olunan materiallar
bütün normativ tələblərə cavab verir.
Bununla belə, maddələrin miqrasiyası
da istisna edilməməlidir. Bu səbəbdən,
qida məhsulları ilə televizorun birbaşa
təmasına imkan verməməyi tövsiyə edirik.
Ətraf temperatur: 5° C – 40° C
Nisbi rütubət (kondensasiyasız): 20 – 95%
Atmosfer təzyiqi 800 – 1114 hPa (dəniz
səviyyəsindən 0 – 2000 m yuxarı)
Daşınma
Daşınma zamanı yanlış davranış displey-
in zədələnməsinə və xəsarət risklərinə
səbəb ola bilər.
Ekran şüşə və plastikdən ibarətdir və
yanlış davranma səbəbindən qırıla bilər.
Televizoru azı 2 nəfər daşımalıdır. Cihaz
yalnız şaquli şəkildə daşınmalıdır.
Daşınma zamanı şüşə və ya plastikin
üzərində heç bir təzyiq olmamalıdır.
Televizorun qutusunun düzgün açılma
qaydası İstifadəçi təlimatı 1-də əks olu-
nub.
Telezivorun mexaniki konstruksiyasının
və döşəməüstü altlığın zədələnməməsi
üçün televizoru dayaq plitəsindən ayırın
və iki hissəni ayrı-ayrılıqda daşıyın. Tele-
vizor yeni yerdə quraşdırıldıqda onun
təkrar yığılması üçün azı 2 nəfər tələb
olunur.
Cərəyan kabeli / mənbəyi
Qeyri-adi hal və ya cihazda təkrarlanan
nasazlıq müşahidə etdikdə cərəyan kabel-
ini elektrik yuvasından dərhal çıxarın.
Yanlış gərginlik televizora zərər verə bilər.
B u t e l ev i z o r c ə r ə y a n m ə n b ə y i n ə
komplektə daxil olan cərəyan kabeli ilə,
Texniki məlumatlar lövhəsində əks
o l u n m u ş g ə rg i n l i k d ə v ə t ez l i k d ə
qoşulmalıdır.
Televizoru istənilən vaxt cərəyan
mənbəyindən ayıra bilmək üçün cərəyan
kabelinin ştepseli daim əlçatan olmalıdır.
Cərəyan kabelinin ştepselini çıxararkən
kabeldən deyil, ştepselin korpusundan
çəkin. Ştepselin kabeli zədələnə və təkrar
qoşulma zamanı qısa qapanmaya səbəb
ola bilər.
Zədəli izolyasiyaya malik cərəyan kabeli
cərəyan vurmasına və yanğın təhlükəsinə
səbəb ola bilər. Heç vaxt zədələnmiş
cərəyan kabelindən istifadə etməyin.
Cərəyan kabelini zədələnə bilməyəcəyi
yerlə çəkin. Cərəyan kabelini tapdamayın.
Portativ elektrik uzadıcısından istifadə
edirsinizsə, onun ardıcıl bir neçə yuvasını
qoşmayın.
Havanın dövretməsi və yüksək temperatur
İstənilən elektron cihaz kimi televizorunu-
zun da soyuması üçün hava tələb olunur.
Hava
dövretməsinin
qarşısında
maneə olarsa,
b u , y a n ğ ı n a
səbəb ola bilər.
Bu səbəbdən,
televizorun
arxasında
yerləşən
havalandırma
dəlikləri boş qalmalıdır. Zəhmət olmasa,
televizorun üstünü örtməyin.
Divara quraşdırma:
Televizor boyunca kənarlarda, üst və alt
hissədə azı 10 sm boş sahə saxlayın.
Masa/altlıq üzərində quraşdırma: Televi-
zor boyunca kənarlarda və üst hissədə azı
10 sm boş sahə saxlayın.
Yad cisimlər
Cihazın içində kənar cisimlərin olması
qısa qapanmaya və yanğına səbəb ola
bilər.
Xəsarət və cihazın zədələnmə təhlükəsi
mövcuddur.
B u s ə b ə b d ə n , a r x a p a n e l d ə k i
havalandırma dəlikləri vasitəsilə televizo-
run içinə metal cisimlərin, iynə, sancaq,
maye, şam və s. düşməsinə imkan
verməyin.
Cihazın içinə nəsə düşdükdə, dərhal
ştepseli cihazdan ayırın və yoxlama
aparılması üçün müştərilərə dəstək
xidmətinə müraciət edin.
Quraşdırma
Televizoru heç vaxt sabit olmayan səthdə
yerləşdirməyin. Televizor yerə düşə,
ciddi zədə və ya ölümlə nəticələnə
bilər. Sadə ehtiyat tədbirlərinə əməl
etməklə xüsusən də uşaqları bir çox
xəsarətlərdən xilas etmək olar:
- Televizor istehsalçısı tərəfindən tövsiyə
olunan altlıqdan istifadə edin.
- Yalnız televizorun ağırlığına tab gətirə
bilən mebeldən istifadə edin.
- Televizorun kənarının altdakı mebeldən
kənara çıxmadığından əmin olun.
- Həm mebeli, həm də televizoru müvafiq
formada bərkitmədən televizoru hündür
mebellərin (məsələn, şkaf və ya kitab
rəfinin) üzərinə qoymayın.
- Televizor və altındakı mebel arasında
p a rç a v ə y a d i g ə r m a t e r i a l l a r ı n
olmamasına diqqət yetirin.
- Televizora toxunmaq və ya idarəetmə

Publicidad

loading