Xüsusiyyətlər
•
İstifadəçinin seçə biləcəyi Ultra-sürətli and İqtisadi doldurma vəziyyətləri
•
1–4 ədəd AA / AAA NiMH batareyanın ayrı ayrı doldurulması
•
Doldurulmanın Dayanması: neqativ delta V, təhlükəsizlik taymeri və temperatur kəsilmə qorunmaları
•
Üç-rəngli LED göstərici (Mavi, Yaşıl və Qırmızı) doldurma şəraiti və sistem vəziyyətləri üçün.
•
Aşağı cərəyanla doldurma
•
Daxili, inteqrasiya olunmuş AC qidalandırma cihazı
•
Yüksək effektivlikli, aşağı səsli çarpaz axınlı soyutma fanı
İstifadədən əvvəl təlimatlar kitabını diqqətlə oxuyun. Kitabçanı gələcək istifadə üçün saxlayın.
Doldurulma təlimatları
1. Dəyişən cərəyan kabelini batareya doldurucusuna birləşdirin (Şək. 1a).
2. Dəyişən cərəyan kabelinin digər ucunu elektrik rozetkasına birləşdirin (Şək. 1b).
3. Batareya qapağını açmaq üçün sürüşdürün. Batareyanın qütbünə uyğun olaraq 1-4 ədəd NiMH batareyanı batareya
doldurucusuna daxil edin (şəkil 2). Mavi və Yaşıl LEDlər alternativ olaraq yanıb-sönəcəkdir.
4. Batareya yuvasının qapağını sürüşdürüb bağlayın və Ultra-sürətli yaxud Eko doldurma rejimlərini seçmək üçün
düyməni 5 saniyə ərzində sıxın (Şək. 3).
- Ultra-sürətli doldurulma rejimi: Maksimal dolduma sürəti üçün istifadə edilir. (Charge 10 AA 1700mAh batareyalarını
20°C işçi temperaturda 90% tutuma qədər doldurmaq üçün təqribən 10 dəq. doldurulma müddəti).
- Eko doldurulma rejimi: Batareyanın istismar ömrünü uzatmaq üçün istifadə edilir.
5. Doldurulma başlayacaq və LED indikatorları batareyaların doldurulma statusunu göstərəcək.
- Ultra sürətli şarj rejimində, batareyalar dolduqda mavi LEDlər yanıb-sönəcəkdir. Batareyalar tam dolduqda və
möhkəm qalırlar. Aylarla aşırı boşalmış, köhnə və ya boş batareyalar üçün batareyaları Eko şarj rejimində doldurub
yenidən işə salmağı məsləhət görür.
- Eko doldurulma rejimində batareyalar doldurularkən yaşıl LED indikatorları yanıb sönəcək..
Və batareyalar tam dolduqda onlar sabit qalacaq.
- Sıradan çıxmış və ya tək istifadəlik batareyalar istifadə edildikdə LED indikatorları sürətlə qırmızı rəngdə sayrışacaq.
Bu batareyaları doldurucudan çıxarın.
- Həddindən artıq temperaturla bağlı xəbərdarlıq zamanı LED indikatorları Ultra-sürətli doldurulma rejimində növbə ilə
mavi və qırmızı, Eko doldurulma rejimində isə, yaşıl və qırmızı rəngdə sayrışacaq.
Batareyaları 35°C temperaturdan aşağıda doldurmaq tövsiyə olunur.
- Sistem xəbərdarlığı zamanı qırmızı, mavi və yaşıl LED indikatorları növbə ilə sayrışacaq. İstismara başlamaq üçün
elektrik təminatını dayandırın və bərpa edin.
6. Batareyalar tam dolduuqda və LED indikatorlar sabit qaldıqda, batareyaları çıxarın və batareya doldurucusunu elektrik
şəbəkəsindən ayırın.
Mükəmməl istismar göstəriciləri üçün hər zaman GP NiMH Charge 10 Ultra-sürətli 1700mAh batareyalarından
istifadə edin.
İstifadə məsləhətləri
• Doldurma zamanı bat
• Elektrik cihaz uzun müddət istifadə olmayacaqsa batareyaları cihazdan çıxarın.
• Doldurucu cihazın saxlanma temperaturası: -20 ~ +60°C.
• Doldurucu cihazın iş temperaturası: 0 ~ +33°C.
• Doldurma müddəti, ətraf mühit temperaturunda (25°C) eyni batareyanın ölçüsü və tutumuna bağlıdır.
• Batareyanın sürüşmə örtüyü, istifadəçini doldurma müddətində yüksək temperaturalı batareyalardan qorumaq
üçündür. Batareyanın sürüşmə örtüyünü açarsanız, doldurma dərhal dayanacaqdır.
• Doldurucu cihazını daha aşağı temperaturalı bir mühitə (20-25°C) daşıdıqdan sonra həddindən çox isinmə xəbərdarlığı
davam edərsə, batareyanı/ları dəyişmənizi və ya GP Charge 10 model batareya/lar almanızı və ya istifadə etmənizi
tövsiyə edirik.
• AA və AAA bir yerdə doldurulursa, doldurucu cihaz AA batareyanı/ları AAA batareyadan/lardan sonra dolduracaq.
Doldurma müddəti doldurma cədvəlində qeyd edilmişdən daha uzun ola bilər.
Doldurma başa çatdıqdan sonra, fan neçə dəqiqə üçün batareyaları soyutmağa davam edəcək. Fan dayandıqdan
sonra, istifadəçiyə batareyaları çıxarmağı tövsiyə edirik.
Təhlükəsizlik məlumatları
• Bu doldurucu cihaz yalnız NiMH batareyalarının doldurulması üçün nəzərdə tutulub. Təkrar doldurulmayan LiFePO4,
NiCD və ya Li-ion batareyalarından istifadə etməyin. Digər batareyaların doldurulması partlayışa, batareyaların
qırılmasına və sızmasına, şəxsi zədələnməyə və ya maddi ziyana səbəb ola bilər.
• Bu doldurucu cihaz yalnız qapalı məkanda istifadə edilmək üçün hazırlanmışdır. Doldurucu cihazı yağış, qar və ya
birbaşa günəş işığının təsirlərinə məruz qoymayn.
• Doldurucu cihazdan rütubətli şəraitdə istifadə etməyin.
• Doldurucu cihazdan 0–33°C temperatur diapazonunda istifadə edildiyinə əmin olun.
• Zədələndikdə, doldurucu cihazı istifadə etməyin.
• Yerə düşdükdə və ya zədələndikdə, doldurucu cihazı istifadə etməyin.
• Doldurucu cihazı açmayın və ya sökməyin.
• Örtüyü zədələnmiş batareyaları doldurucu cihaza daxil etməyin.
• Batareyaların örtüyünü heç vaxt qoparmayın.
• Doldurucu cihazı yaxşı havalandırılan yerdə istifadə edin və həddən artıq qızmaması üçün üzərini örtən bütün əşyaları
uzaqlaşdırın. Doldurma zamanı bir neçə cihazı üst-üstə qoymayın.
• Bu doldurucu cihaz texniki qulluq tələb etmir, lakin müntəzəm olaraq quru və yumşaq parça ilə silinməlidir. Abraziv
materialdan və ya həlledicilərdən istifadə etməyin. Təmizləməzdən əvvəl doldurucu cihazı birləşdirildiyi yerdən ayırın.
•
Cihazdan təhlükəsiz istifadəyə dair müvafiq nəzarət və təlimatlandırma həyata keçirildiyi və aidiyyatı təhlükələr dərk
edildiyi halda bu cihaz 8 yaşlı və daha böyük uşaqlar, habelə məhud fiziki, hissiyyat və ya əqli qabiliyyətə malik yaxud
müvafiq təcrübəsi və ya biliyi olmayan şəxslər tərəfindən istifadə edilə bilər. Uşaqlar cihazla oynamamalıdır. Nəzarət
olmadan təmizləmə və ya texniki qulluq uşaqlar tərəfindən yerinə yetirilə bilməz
Bu cihaz FCC Qaydalarının 15-ci Hissəsinin tələblərinə uyğundur. İstismar üçün aşağıdakı iki şərt gözlənilməlidir: (1) bu cihaz zərərli maneələrə səbəb ola
bilməz və 2) bu cihaz daxil olmuş hər hansı maneəni, o cümlədən arzuedilməz istismara səbəb ola bilən maneələri qəbul etməlidir.
Elektrik cihazlarını çeşidlənməmiş məişət tullantısı kimi atmayın, ayrıca toplama nöqtələrindən istifadə edin. Mövcud toplama sistemləri ilə bağlı məlumat
üçün yerli hökümət orqanları ilə əlaqə saxlayın. Əgər elektrik cihazları zibilxanalara və ya tullantı poliqonlarına atılarsa, təhlükəli maddələr qrunt sularına
sıza bilər və ərzaq zəncirinə daxil olaraq, sağlamlığınızı və rəfahınızı zədələyə bilər.
AZ
AZ