-
Yalnız orijinal Philips aksesuarları və ya istehlak
materiallarından istifadə edin. Yalnız məhsulun
üzərində verilən doldurma qabını istifadə edin. Təchiz
edilibsə, yalnız orijinal USB kabeli və USB enerji
təchizatı qurğusundan istifadə edin.
-
Bu cihazda istifadəçinin təmir edə biləcəyi hissələr
yoxdur. Cihaz zədələnibsə, ondan istifadəni
dayandırın və ölkənizdəki Müştəriyə Xidmət Mərkəzi
ilə əlaqə saxlayın (bax "Zəmanət və dəstək"). Kabel
zədələnibsə, doldurma qabını yenisinə dəyişdirin.
-
Doldurma qabından çöldə və ya isti səthlərin
yaxınlığında istifadə etməyin.
-
Məhsulun hər hansı hissəsini qabyuyan maşında
təmizləməyin.
-
Bu cihaz yalnız dişləri, damağı və dili təmizləmək üçün
hazırlanıb.
-
İstifadədən sonra həddən artıq qanama olsa, qanama
1 həftəlik istifadədən sonra yenə də davam etsə və ya
narahatlıq, yaxud ağrı hiss etsəniz, cihazdan istifadəni
dayandırın və stomatoloqunuz/həkiminiz ilə
məsləhətləşin.
-
Ötən 2 ay ərzində ağız və diş əti əməliyyatı
keçirmisinizsə, bu cihazı istifadə etməzdən əvvəl
stomatoloqunuz ilə məsləhətləşin.
-
Əgər sizdə kardiostimulyator və ya başqa implantasiya
edilmiş cihaz varsa, istifadə etməzdən əvvəl
həkiminizlə və ya implantasiya edilmiş cihazın
istehsalçısı ilə əlaqə saxlayın.
-
Sağlamlıq problemləriniz varsa, bu cihazı istifadə
etməzdən əvvəl həkiminiz ilə məsləhətləşin.
-
Cihaz şəxsi gigiyena cihazıdır və stomatoloji
praktikada və ya müəssisədə çoxsaylı xəstələrdə
istifadə üçün nəzərdə tutulmayıb.
-
Fırça başlığının xovları zədələnib və ya əyilibsə, ondan
istifadəni dayandırın. Köhnəlmə əlamətləri üzə çıxsa,
fırça başlığını hər 3 aydan bir və ya daha tez-tez
dəyişdirin.
Azərbaycanca
25