GP ReCyko B631 Manual De Instrucciones página 4

Ocultar thumbs Ver también para ReCyko B631:
Tabla de contenido

Publicidad

Xüsusiyyətlər
2 və ya 4 ədəd NiMH AAA / AA / C / D batareyası və 1 və ya 2 ədəd 9V batareyası daxil edin
Batareyaların tam doldurulmasını təmin etmək üçün doldurma cərəyanının avtomatik seçilməsi
Batareyanın doluluq dərəcəsini göstərmək üçün 4 LED göstəricisi təmin edilib (2 ədəd AAA / AA / C / D
batareyaları üçün, 2 ədəd 9V batareyaları üçün)
Avtomatik elektrik kəsilməsi: mənfi delta V və təhlükəsizlik taymeri
Aşağı cərəyanla doldurma
2 və ya 4 ədəd AAA 850 mAh / AA 2100 mAh batareyaları üçün təxmini doldurma müddəti: 3–6 saat
Doldurma təlimatları
İstifadədən öncə, təlimat kitabçasını tam olaraq oxuyun. Təlimat kitabçasını gələcəkdə istinad etmək
üçün saxlayın.
1. USB doldurma kabelinin mikro USB ucunu batareya doldurucusunun mikro USB portuna qoşun (şəkil
1a).
2. Optimal iş keyfiyyəti üçün 5V / 2A USB doldurma kabelinin digər ucunu 5V / 2A divar doldurucuna (şəkil
1b) və ya oxşar USB portuna qoşun.
3. Qapağı açın. ‎ 2 və ya 4 ədəd AAA / AA / C / D və 1 və ya 2 ədəd 9V batareyalarını qütblərə uyğun şəkildə
batareya doldurucusuna daxil edin (şəkil 2a və 2b).
Yüksək iş keyfiyyəti üçün sadəcə Cədvəl 1-də göstərilən batareya kombinasıyasından istifadə edin.
Doldurma başlayacaq və LED göstəriciləri batareyaların doluluq vəziyyətini göstərəcək (şəkil 3 və
Cədvəl 2).
Batareyalar doldurularkən LED göstəricilərində yaşıl işıq yanıb-sönəcək.
Nasaz və ya birdəfəlik batareyalar istifadədə olduğu zaman LED göstəricilərində sürətlə yaşıl işıq
yanıb-sönəcək. Bu batareyaları doldurucudan çıxarın.
4. Batareyalar tam dolduqdan sonra (LED sabit yaşıl işıq) onları çıxarın və batareya doldurucusunu
cərəyandan ayırın.
Ən yüksək keyfiyyət və təhlükəsizlik üçün, həmişə GP NiMH batareyalarından istifadə edin.
İstifadə məsləhətləri
Batareyaların doldurularkən qızmasıı normal haldır və doldurulma bitdikdən sonra onlar tədricən otaq
temperaturuna qədər soyuyur.
Elektrik cihaz uzun müddət istifadə olmayacaqsa batareyaları cihazdan çıxarın.
Batareya saxlanma temperaturası: -25 ~ +60°C
Doldurma əməliyyatı temperaturası: 0 ~ +35°C
İstiliyin daha yaxşı yayılması üçün batareyaların qapağı açıq şəkildə doldurulmaları tövsiyə olunur.
Təhlükəsizlik məlumatları
Bu doldurucu cihaz yalnız NiMH batareyalarının doldurulması üçün nəzərdə tutulub. Digər batar-
eyaların doldurulması partlayışa, batareyaların qırılmasına və sızmasına, şəxsi zədələnməyə və ya
maddi ziyana səbəb ola bilər.
Bu doldurucu cihaz yalnız qapalı məkanda istifadə edilmək üçün hazırlanmışdır. Doldurucu cihazı
yağış, qar və ya birbaşa günəş işığının təsirlərinə məruz qoymayn.
Doldurucu cihazdan rütubətli şəraitdə istifadə etməyin.
Doldurucu cihazdan 0 ~ +35°C temperatur diapazonunda istifadə edildiyinə əmin olun.
Təkrar doldurulmayan LiFePO4, NiCD və ya Li-ion batareyalarından istifadə etməyin.
Ştepsel oxları nasaz olduğu təqdirdə, doldurucu cihazı istifadə etməyin.
Yerə düşdükdə və ya zədələndikdə, doldurucu cihazı istifadə etməyin. Doldurucu cihazı açmayın və
ya sökməyin.
Tam dolduqdan sonra batareyaları çıxarmağınız, doldurucu cihazı cərəyandan ayırmağınız tövsiyə
edilir.
Örtüyü zədələnmiş batareyaları doldurucu cihaza dxhil etməyin.
Batareyaların örtüyünü heç vaxt qoparmayın.
Doldurucu cihazı yaxşı havalandırılan yerdə istifadə edin və həddən artıq qızmaması üçün üzərini
örtən bütün əşyaları uzaqlaşdırın. Doldurma zamanı bir neçə cihazı üst-üstə qoymayın.
Bu doldurucu cihaz texniki qulluq tələb etmir, lakin müntəzəm olaraq quru və yumşaq parça ilə
silinməlidir. Abraziv materialdan və ya həlledicilərdən istifadə etməyin. Təmizləməzdən əvvəl doldurucu
cihazı birləşdirildiyi yerdən ayırın.
Cihazdan təhlükəsiz istifadəyə dair müvafiq nəzarət və təlimatlandırma həyata keçirildiyi və aidiyyatı
təhlükələr dərk edildiyi halda bu cihaz 8 yaşlı və daha böyük uşaqlar, habelə məhud fiziki, hissiyyat
və ya əqli qabiliyyətə malik yaxud müvafiq təcrübəsi və ya biliyi olmayan şəxslər tərəfindən istifadə
edilə bilər. Uşaqlar cihazla oynamamalıdır. Nəzarət olmadan təmizləmə və ya texniki qulluq uşaqlar
tərəfindən yerinə yetirilə bilməz.
Bu cihaz FCC Qaydalarının 15-ci Hissəsinin tələblərinə uyğundur. İstismar üçün aşağıdakı iki şərt gö-
zlənilməlidir: (1) bu cihaz zərərli maneələrə səbəb ola bilməz və (2) bu cihaz daxil olmuş hər hansı maneəni,
o cümlədən arzuedilməz istismara səbəb ola bilən maneələri qəbul etməlidir.
Elektrik cihazlarını çeşidlənməmiş məişət tullantısı kimi atmayın, ayrıca toplama nöqtələrindən
istifadə edin. Mövcud toplama sistemləri ilə bağlı məlumat üçün yerli hökümət orqanları ilə əlaqə
saxlayın. Əgər elektrik cihazları zibilxanalara və ya tullantı poliqonlarına atılarsa, təhlükəli mad-
dələr qrunt sularına sıza bilər və ərzaq zəncirinə daxil olaraq, sağlamlığınızı və rəfahınızı zədələyə
bilər.
AZ

Publicidad

Tabla de contenido
loading

Tabla de contenido