GP ReCyko E811 Manual De Instrucciones página 3

Tabla de contenido

Publicidad

Idiomas disponibles
  • MX

Idiomas disponibles

  • MEXICANO, página 9
Adapterin funksiyaları
• 4 fərdi doldurulma kanalı ilə təchiz edilmişdir
• Hər dəfə doldurulma zamanı 2 əd / 4 əd / 6 əd / 8 əd AA və ya AAA NiMH təkrar doldurulan batareyaların
doldurulması
• İstənilən USB mənbəyindən enerji alır
• Avtomatik enerji dayandırılması: mənfi delta V və qoruyucu taymer
• Xarab və birdəfəlik batareyanın aşkar edilməsi
İstifadədən əvvəl təlimatlar kitabını başdan ayağa oxuyun. Kitabçanı gələcək istifadə üçün saxlayın.
Doldurulma təlimatları
1. USB kabelinin mikro USB ucunu batareya doldurucusunun mikro USB portuna birləşdirin.
2. USB kabelinin digər ucunu 5V / 1A və ya oxşar USB portuna birləşdirin.
3. 2 ədəd və ya 4 ədəd və ya 6 ədəd və ya 8 ədəd NiMH batareyalarını dodurucuya elə daxil edin ki, batareyaların
və doldurucunun üzərindəki "+" işarəsi üst-üstə düşsün.
4. Bir cütlükdə eyni növ və tutuma malik batareyaları doldurun.Eyni cütlükdə müxtəlif batareyaları qarışdırmayın.
Batareyalar doldurulduqda LED indikatorlar yaşıl rəngdə yanıb sönəcək. Xarab və ya tək istifadəlik batareyalar
daxil edildikdə LED indikatorlar yaşıl rəngdə sürətlə yanıb sönəcək.
5. Batareyalar tam dolduqdan sonra (daimi yaşıl LED) batareyaları çıxarın və doldurucunu elektrik şəbəkəsindən
ayırın.
Ən yüksək keyfiyyət və təhlükəsizlik üçün, həmişə GP NiMH batareyalarından istifadə edin.
İstifadə məsləhətləri
• Doldurulma zamanı batareyaların isinməsi normaldır və tam doldurulduqdan sonra onlar tədricən otaq
temperaturuna qədər soyuyacaq.
• Elektrik cihaz uzun müddət istifadə olmayacaqsa batareyaları cihazdan çıxarın.
• Batareya saxlanma temperaturası: -25 ~ +60°C
• Doldurma əməliyyatı temperaturası: 0 ~ +33°C
• Müxtəlif batareyaların tutumundan asılı olaraq, doldurulma vaxtı dəyişə bilər.(Doldurulma vaxtı cədvəlinə baxın)
Təhlükəsizlik məlumatları
• Bu doldurucu cihaz yalnız NiMH batareyalarının doldurulması üçün nəzərdə tutulub. Digər batareyaların
doldurulması partlayışa, batareyaların qırılmasına və sızmasına, şəxsi zədələnməyə və ya maddi ziyana səbəb
ola bilər.
• Bu doldurucu cihaz yalnız qapalı məkanda istifadə edilmək üçün hazırlanmışdır. Doldurucu cihazı yağış, qar və
ya birbaşa günəş işığının təsirlərinə məruz qoymayn.
• Doldurucu cihazdan rütubətli şəraitdə istifadə etməyin.
• Doldurucu cihazdan 0–33 °C temperatur diapazonunda istifadə edildiyinə əmin olun.
• Təkrar doldurulmayan LiFePO4, NiCD və ya Li-ion batareyalarından istifadə etməyin.
• Ştepsel oxları nasaz olduğu təqdirdə, doldurucu cihazı istifadə etməyin.
• Yerə düşdükdə və ya zədələndikdə, doldurucu cihazı istifadə etməyin. Doldurucu cihazı açmayın və ya
sökməyin.
• Tam dolduqdan sonra batareyaları çıxarmağınız, doldurucu cihazı cərəyandan ayırmağınız tövsiyə edilir.
• Örtüyü zədələnmiş batareyaları doldurucu cihaza dxhil etməyin.
• Batareyaların örtüyünü heç vaxt qoparmayın.
• Doldurucu cihazı yaxşı havalandırılan yerdə istifadə edin və həddən artıq qızmaması üçün üzərini örtən bütün
əşyaları uzaqlaşdırın. Doldurma zamanı bir neçə cihazı üst-üstə qoymayın.
• Bu doldurucu cihaz texniki qulluq tələb etmir, lakin müntəzəm olaraq quru və yumşaq parça ilə silinməlidir.
Abraziv materialdan və ya həlledicilərdən istifadə etməyin. Təmizləməzdən əvvəl doldurucu cihazı birləşdirildiyi
yerdən ayırın.
• Cihazdan təhlükəsiz istifadəyə dair müvafiq nəzarət və təlimatlandırma həyata keçirildiyi və aidiyyatı təhlükələr
dərk edildiyi halda bu cihaz 8 yaşlı və daha böyük uşaqlar, habelə məhud fiziki, hissiyyat və ya əqli qabiliyyətə
malik yaxud müvafiq təcrübəsi və ya biliyi olmayan şəxslər tərəfindən istifadə edilə bilər. Uşaqlar cihazla
oynamamalıdır. Nəzarət olmadan təmizləmə və ya texniki qulluq uşaqlar tərəfindən yerinə yetirilə bilməz
Bu cihaz FCC Qaydalarının 15-ci Hissəsinin tələblərinə uyğundur. İstismar üçün aşağıdakı iki şərt gözlənilməlidir: (1) bu cihaz zərərli
maneələrə səbəb ola bilməz və 2) bu cihaz daxil olmuş hər hansı maneəni, o cümlədən arzuedilməz istismara səbəb ola bilən maneələri
qəbul etməlidir.
Elektrik cihazlarını çeşidlənməmiş məişət tullantısı kimi atmayın, ayrıca toplama nöqtələrindən istifadə edin. Mövcud toplama sistemləri
ilə bağlı məlumat üçün yerli hökümət orqanları ilə əlaqə saxlayın. Əgər elektrik cihazları zibilxanalara və ya tullantı poliqonlarına atılarsa,
təhlükəli maddələr qrunt sularına sıza bilər və ərzaq zəncirinə daxil olaraq, sağlamlığınızı və rəfahınızı zədələyə bilər.
AZ

Publicidad

Tabla de contenido
loading

Tabla de contenido