42
Azərbaycanca
Fırça başlığı rejiminin əlaqələndirilməsi
Qeyd: Bu xüsusiyyət yalnız BrushSync texnologiyası ilə
təchiz edilmiş Philips Sonicare smart fırça başlıqları ilə
işləyir.
1 Yeni ağıllı fırça başlığını ilk dəfə qoşarkən tutacaq sizin
BrushSync texnologiyası ilə təchiz olunmuş Philips
fırça başlığınızın olduğunu tanıyır və fırça başlığının
aşınmasını izləməyə başlayır.
2 Zamanla tətbiq etdiyiniz təzyiqə və diş fırçasının
ümumi istifadə vaxtına əsasən, tutacaq fırça başlığını
dəyişdirmək üçün optimal vaxtı müəyyən etmək
məqsədilə fırça başlığının aşınmasını izləyəcək. Bu
xüsusiyyət sizə dişlərinizin ən yaxşı şəkildə
təmizlənməsi və qulluğu üçün zəmanət verir.
3 Fırça başlığınının dəyişdirilməsi üçün xatırladıcı işığı
sarı rəngdə yandıqda, fırça başlığınızı
dəyişdirməlisiniz.
Qeyd: Bütün smart fırça başlıqlarında fırça başlığını
dəyişdirmə xatırladıcısı aktivləşdirilmiş olur. Fırça başlığını
dəyişdirmə xatırladıcısını qeyri-aktiv etmək üçün
"Xüsusiyyətləri aktivləşdirmə və ya deaktivləşdirmə"
bölməsinə baxın.
BrushSync texnologiyasına malik fırça başlıqları tutacaqla
rabitə yaradan və onu avtomatik olaraq tövsiyə olunan
rejim və intensivliklə əlaqələndirən mikroçiplə təchiz
edilib. "BrushSync" texnologiyasına malik fırça
başlıqlarının əksəriyyəti Təmizləmə rejiminə avtomatik
qoşulacaq. Xüsusi üstünlüklərə malik fırça başlıqları
müvafiq rejimə (mövcud olduqda) qoşulacaq,
nümunələrə aşağıdakılar daxildir:
-
G3 Premium Gum Care: "Gum Health" rejimi
-
W3 Premium White və ya W(c) DiamondClean
(kompakt): "White+" rejimi
Qeyd: Tövsiyə olunan parametrdən rejimi/intensivliyi
dəyişməyi seçsəniz, fırça başlığı növbəti fırçalama
sessiyalarında seçdiyiniz parametri xatırlayacaq.