Azərbaycan dili
► Asanlıqla yanan bir mühitdə işləməyin.
■ Qazon biçən meylli bir səthdə tərk edilirsə,
istəmədən hərəkət edə bilər. Şəxslər xəsarət
ala və ya mülkiyyətə ziyan dəyə bilər.
► Qazon biçəni yalnız düz bir səthdə olduqda
və istəmədən hərəkət edə bilmədikdə tərk
edin.
■ Başqa cisimlər sükana bağlanıbsa, əlavə
çəkiyə görə qazon biçən aşa bilər. Şəxslər
xəsarət ala və ya mülkiyyətə ziyan dəyə bilər.
► Başqa cisimləri sükana bağlamayın.
Təhlükə
■ Gərginlikli kabellərin yaxınlığında iş aparılırsa,
bıçaq canlı kabellərlə təmasda ola bilər və
onlara zərər verə bilər. İstifadəçi ağır yaralana
və ya ölə bilər.
► Gərginlikli kabellərin olduğu bir mühitdə
işləməyin.
■ Göy gurultusu zamanı iş aparılırsa,
istifadəçiyə şimşək çaxa bilər. İstifadəçi ağır
yaralana və ya ölə bilər.
► Göy gurultusu zamanı: İşləməyin.
4.8
Daşımaq
4.8.1
Qazon biçən
Xəbərdarlıq
■ Daşıma zamanında, qazon biçən yıxıla və ya
yerindən tərpənə bilər. Şəxslər xəsarət ala və
ya mülkiyyətə ziyan dəyə bilər.
► Təhlükəsizlik açarını dartın.
► Akkumulyatoru çıxarın.
► Qazon biçəni, möhkəmlətmə kəmərləri,
qayışlar yaxud bir torla elə sabitləyin ki
yıxılmasın və yerindən tərpənməsin.
4.8.2
Akkumulyator
Xəbərdarlıq
■ Akkumulyator bütün mühit şərtlərinə qarşı
qorunmur. Əgər akkumulyator müəyyən ətraf
mühit təsirlərinə məruz qalarsa, zədələnə və
maddi zərərlər meydana çıxa bilər.
► Zədələnmiş akkumulyatoru daşımayın.
► Akkumulyatoru elektrik keçirməyən
qablaşdırmada daşıyın.
■ Daşıma zamanında, akkumulyator çevrilə və
ya hərəkət edə bilər. Şəxslər xəsarət ala və ya
mülkiyyətə ziyan dəyə bilər.
542
► Akkumulyator qablaşdırmada elə
yerləşdirilməlidir ki, hərəkət edə bilməsin.
► Qablaşdırmanı elə möhkəmlədin ki,
akkumulyator hərəkət edə bilməsin.
4.9
Anbarda saxlamaq
4.9.1
Qazon biçən
Xəbərdarlıq
■ Uşaqlar qazon biçənin yaratdığı təhlükələri
tanıya və ya qiymətləndirə bilməz. Uşaqlar
ağır yaralana bilərlər.
► Təhlükəsizlik açarını dartın.
► Akkumulyatoru çıxarın.
► Qazon biçəni uşaqların əli çatmayan yerdə
saxlayın.
■ Qazon biçənin və metal parçalar üzərində
elektrik terminallar, rütubətlə yeyilməyə səbə
ola bilər. Qazon biçən zədələnə bilər.
► Təhlükəsizlik açarını dartın.
► Akkumulyatoru çıxarın.
► Qazon biçəni təmiz və quru saxlayın.
■ Saxlama zamanında əgər təhlükəsizlik açarı
və akkumulyator öz yerlərindədirsə, bıçaq
səhvən işə salına bilər. Şəxslər ağır xəsarət
ala və ya mülkiyyətə ziyan dəyə bilər.
► Təhlükəsizlik açarını dartın.
► Akkumulyatoru çıxarın.
4.9.2
Akkumulyator
Xəbərdarlıq
■ Uşaqlar akkumulyatorun yaratdığı təhlükələri
tanıya və ya qiymətləndirə bilməz. Uşaqlar
ağır yaralana bilərlər.
► Akkumulyatoru uşaqların əli çatmayan
yerdə saxlayın.
4 Təhlükəsizlik təlimatı
0478-131-9861-B