Azərbaycan dili
b) Maşının işə salınacağı sahəni tam yoxlayın və
maşına ilişə biləcək və tullana biləcək yad
cismləri kənarlaşdırın.
c) İstifadədən əvvəl hər zaman kəsim alətərinin,
bərkitmə boltlarının və ümumi kəsim
vahidlərinin yeyilmiş və zədələnmiş olmalarını
yoxlayın. Yeyilmiş və ya zədələnmiş kəsim
alətləri və bərkitmə boltları, hər bir
natarazlıqdan çəkinmək üçün dəst olaraq
dəyişdirilməlidir. Yeyilmiş və ya zədələnmiş
məlumat tablolarını dəyişmək lazımdır.
25.4
İstifadə
a) Yalnız gün işığı və ya yaxşı süni işıqlandırılmış
mühitdə işləyin.
b) Mümkün olduqda maşını nəm otu biçmək
üçün işlətməyin.
c) Asılmış maşının vəziyyətinə həmişə diqqət
yetirin.
d) Maşını yalnız addım sürəti ilə işlədin.
e) Yamac boyuna biçin, heç vaxt yuxarıya və ya
aşağıya biçməyin.
f) Biçim zamanı gediş istiqamətini dəyişərkən
xüsusilə diqqətli olun.
g) Çox dik yamacları biçməyin.
h) Qazon biçənin istiqamətini dəyişərkən və ya
onu özünüzə tərəf dartarkən xüsusilə diqqətli
olun.
i) Qazon biçən otdan başqa digər sahələrdən
keçən zaman əyilməli olduqda və qazon biçəni
biçim sahəsinə gətirdikdə və ya çıxartdıqda
bıçağı söndürün.
j) Zədələnmiş qoruyucu hissələr və ya qoruyucu
şəbəkə ilə, və ya qoruyucu alət, məsələn
deflektor lövhəsi və ya ot tutan səbət
olmadıqda, qazon biçəndən istifadə etməyin.
k) Yandırma düyməsini ehtiyatla, istehsalçının
göstərişlərinə əsasən işə salın və ya
fəallaşdırın. Ayaqlarınızla bıçaq(lar) arasındakı
məsafəyə diqqət yetirin.
l) Motoru yandırdıqda yaxud işə saldıqda, qazon
biçən əyilməməlidir, yalnız qazon biçənin
qaldırılması lazımsa əymək mümkündür. Bu
durumda, onu yalnız bir az və mütləq lazım
olduğu qədər əyin, və yalnız istifadəçidən
uzaq olan tərəfi qaldırın.
m
Tullama kanalının qabağında durduğunuzda,
motoru işə salmayın.
)
n) Əlinizi və ya ayağınızı heç bir zaman fırlanan
hissələrin altına və ya üstünə aparmayın.
Atılan hissələrdən kənarda dayanın.
556
25 Qazon biçən üçün təhlükəsizlik tövsiyələri
o) Qazon biçəni heç bir zaman hərəkətdə olan
elektrik motoru ilə qaldırmayın və ya
daşımayın.
p) Motoru dayandırın və yandırma açarı dartın.
Bütün hərəkətli hissələrin tam dayandığından
əmin olun:
– həmişə qazon biçəni tərk etdiyinizdə;
– tullama kanalında olanlar ilə yanaşı,
tıxanmaları açmazdan əvvəl;
– qazon biçəni yoxlamamışdan, təmizləmə və
ya onun üzərində başqa bir işi yerinə
yetirməmişdən əvvəl;
– bir yad maddə ilə toqquşduqda. Qazon
biçənin zədələnmələrini axtarın və qazon
biçəni yenidən işə salmazdan və onunla
işləməzdən əvvəl lazımi təmir işlərini yerinə
yetirin.
Əgər qazon biçən qeyri-adi şəkildə titrəməyə
başlayarsa, dərhal bir yoxlama aparmaq
lazımdır.
– zədələnmələri axtarın;
– zədələnmiş hissələr üçün lazım olan təmiri
yerinə yetirin;
– bütün qaykalar, boltlar və vintlərin möhkəm
bərkidilməsindən əmin olun.
25.5
Texniki baxış və saxlama
a) Bütün qayka, bolt və vintləri bərkidin və
maşının təhlükəsiz iş vəziyyətində olduğundan
əmin olun.
b) Ot tutan səbətin yeyilməsini və ya
funksiyasının itməsini müntəzəm olaraq
yoxlayın.
c) Təhlükəsizlik səbəbindən yeyilmiş və ya
zədələnmiş hissələri dəyişmək lazımdır.
d) Unutmayın ki neçə-bıçaqlı maşınlarda, bir
bıçağın çalışması digər bıçaqların
fırlanmasına səbəb olar.
e) Maşını tənzimlədiyinizdə unutmayın ki,
barmaqlarınız maşının hərəkət edən bıçaqları
və sabit parçalarının arasında ilişməsin.
f) Maşını dayanacağa qoymamışdan əvvəl
motorun soyumasını gözləyin.
g) Bıçağın baxımında unutmayın ki gərginlik
mənbəyi söndürüldükdən dərhal sonra
bıçaqlar hələ də hərəkət edə bilərlər.
h) Təhlükəsizlik səbəbindən yeyilmiş və ya
zədələnmiş hissələri dəyişmək lazımdır. Yalnız
orijinal ehtiyat hissələrindən və ləvazimatdan
istifadə edin.
0478-131-9861-B