Briggs & Stratton 080000 Manual Del Operario página 17

Ocultar thumbs Ver también para 080000:
Tabla de contenido

Publicidad

Idiomas disponibles
  • MX

Idiomas disponibles

  • MEXICANO, página 65
• Yanacağı alışdırıcılardan, açıq alovdan, qaz alovundan, istidən və digər alışma
mənbələrindən uzaq tutun.
• Yanacaq borularını, çənini, qapağını və detallarını qırıq və ya sızıntıya qarşı tez-
tez yoxlayın. Ehtiyac olarasa dəyişin.
• Əgər yanacaq dağılarsa, mühərriki işə salmazdan əvvəl onun buxarlanmasını
gözləyin.
1.
Yanacaq doldurma sahəsini çirk və qalıqlardan təmizləyin. Yanacaq çəninin
qapağını çıxarın.
2.
Yanacaq çənini yanacaqla (A, şəkil 7) doldurun. Yanacaq genişlənəcəyinə
görə, çənin boğazının aşağı hissəsindən (B) artıq doldurmayın. Bəzi modellərdə
yanacaq səviyyəsi göstəricisi var (C). Yanacaq çənini yanacaq səviyyəsi
göstəricisinin boyun hissəsinin aşağısını keçəcək şəkildə doldurmayın.
3.
Yanacaq çəninin qapağını yerinə bağlayın.
Mühərriki işə salma və söndürmə
Şəkilə bax: 8, 9, 10, 11, 12
Mühərriki işə salma
XƏBƏRDARLIQ
İşə salma trosunun tez dartılması (gərilməsi) əli mühərrikin çıxışına, sİzin trosu
buraxmağa imkan tapmağınızdan daha tez çəkəcəkdir.
Bu, sümüklərin sınmasına, onlarda çatlara, göyərmələrə və ya çıxıqlara gətirib
çıxara bilər.
• Mühərriki işə salarkən, starter kabelini müqavimət hiss edilənə qədər astaca
dartın, sonra isə geri çəkilmənin qarşısını almaq üçün sürətlə dartın.
XƏBƏRDARLIQ
Yanacaq və onun buxarları yanğına qarşı və partlayış baxımından həddən artıq
təhlükəlidirlər.
Yanğın və ya partlayış ciddi yanıqlar meydana gətirə bilər və ya ölümlə
nəticələnə bilər.
Mühərrikin işə salınması zamanı
• Alışma şamı, səsboğucu, yanacaq çənin qapağının və hava təmizləyicisinin (əgər
varsa) yerində olduğundan və bərkidildiyindən əmin olun.
• Alışma şamı çıxarılmış halda mühərriki işə salmayın.
• Əgər mühərrik, həddən ziyadə hava-yanacaq qatışığının olması üzündən,
işə düşmürsə, drossel qapağını (əgər mühərrik onunla təchiz olunmuşdursa)
AÇIQDIR / QOŞULUDUR vəziyyətinə qoyun, drosselin tənzimləyicisini (əgər
mühərrik onunla təchiz olunmuşdursa), CƏLD vəziyyətinə keçirin və mühərriki,
onun işə düşməsinə qədər, işə salın.
XƏBƏRDARLIQ
ZƏHƏRLİ QAZ TƏHLÜKƏSİ. Mühərrikdən çıxan işlənmiş qazın tərkibində sizi
bir neçə dəqiqə ərzində öldürə biləcək karbon monoksid qazı vardır. Siz onu
GÖRMÜRSÜNÜZ, iyləyə və ya dadına baxa BİLMİRSİNİZ. Hətta, siz mühərrikdən
çıxan işlənmiş qaz tüstüsünü iyləməsəniz belə, karbon monoksid qazının
təsirinə məruz qala bilərsiniz. Əgər siz bu məhsulu istifadə edərkən naxoşluq,
başgicəllənmə və ya zəiflik hiss edirsinizsə, avadanlığı söndürməli və DƏRHAL
təmiz havaya çıxmalısınız. Həkimə müraciət edin. Sizdə karbon monoksid qazı
zəhərlənməsi ola bilər.
• Karbon monoksid qazının yığılması və insanların yaşadığı sahələrə doğru getməsi
təhlükəsinin azaldılması üçün bu məhsulu YALNIZ pəncərələrdən, qapılardan və
havalandırıcılardan uzaq yerlərdə istifadə edin.
• Batareya ilə işləyən karbon monoksid həyəcan siqnallarını quraşdırın və ya
istehsalçının təlimatlarına uyğun olaraq ehtiyat batareya ilə təchiz olunmuş karbon
monoksid həyəcan siqnallarını elektrik mənbəyinə qoşun . Tüstünü təyin edən
həyəcan siqnalları karbon monoksid qazını təyin edə bilmir.
• Hətta, havalandırma üçün ventilyatorları istifadə etsəniz və ya qapıları və
pəncərələri açsanız belə, bu məhsulu evlərin, qarajların, zirzəmilərin, çardaqların
və ya digər yarı-qapalı yerlərin içində istifadə ETMƏYİN . Karbon monoksid qazı
bu yerlərdə dərhal yarana bilər və hətta, avadanlığı söndürdükdən sonra saatlarla
orada qala bilər.
• Avadanlığı HƏR ZAMAN külək əsən istiqamətdə qoyun və mühərrikin işlənmiş
qazları çıxaran borusunu insanların yaşadığı sahələrdən kənara istiqamətləndirin.
XƏBƏRDARLIQ
Bu mühərrik Briggs & Stratton zavodundan yağsız şəkildə
göndərilmişdir. Mühərriki işə salmazdan əvvəl yağı istifadə təlimatlarında göstərilən
təlimatlara uyğun əlavə edin. Əgər mühərriki yağ olmadan işə salsanız, o, təmir
olunmaz zədə alacaq və zəmanət ilə qarşılanmayacaq.
İşə buraxılma sistemini müəyyən edin.
Mühərriki işə salmazdan əvvəl, onun üzərinə quraşıdırılan işəsalma sistemini müəyyən
etməlisiniz. Sizin mühərrikinizdə aşağıdakı işəsalma sistemlərindən biri olacaqdır.
• ReadyStart
®
Sistemi: Bu sistemə temperatur ilə idarə olunan avtomatik boğucu
klapan sistemi daxildir. Onun manual boğucu klapan sistemi və ya yanacağın ilkin
ötürülməsi sistemi yoxdur.
• Hava klapanının qapanması sistemi: Bura sərin temperaturlarda mühərriki
işə salmaq üçün hava klapanının qapanması sistemi daxildir. Bəzi modellərdə
hava klapanının qapanması sistemi ayrıca, bəzilərində isə hava klapanının
qapanması sistemi/drossel idarəetməsi kombinasiyası olacaqdır. Bu növ işəsalma
sistemlərində yanacağın ilkin ötürülməsi sistemi yoxdur.
• Yanacağın ilkin [türülməsi sistemi: Bura sərin temperaturlarda mühərriki işə
salmaq üçün qırmızı rəngli yanacağın ilkin ötürülməsi sistemi daxildir. Onun
manual boğucu klapan sistemi yoxdur.
Mühərrikin işə salınması üçün sizin işəsalma sistemi tipinizə dair təlimatlara riayət edin.
Qeyd Avadanlığın uzaqdan idaretmə vasitələri ola bilər. Uzaqdan idarəetmələrin yerini
təyin etmək və işlətmək üçün avadanlığın istifadə təlimatına baxın.
®
ReadyStart
Sistemi
1.
Mühərrikin yağının səviyyəsini yoxlayın. Bax Yağın səviyyəsini yoxlama
bölməsinə.
2.
İntiqal idarəetmə avadanlığının, əgər belələri vardırsa, ayrıldığına əmin olun.
3.
Yanacaq ötürücü Klapanı (A, şəkil 8), əgər varsa, AÇIQ rejimə keçirin.
4.
Drossel idarəetməsini (B, şəkil 8), əgər varsa, SÜRƏTLİ rejimə keçirin. Mühərriki
SÜRƏTLİ rejimdə işlədin.
5.
Dayandırma açarınını (D, şəkil 9), əgər varsa, AÇIQ rejimə keçirin.
6.
Əgər məhsul mühərrikin dayandırılması lingi ilə təchiz edilmişdirsə (C şəkil 10)
mühərrikin dayanma lingini tutacağına tərəf tutun.
7.
Əgər varsa, yenidən sarınan start: Starterin kabelinin tutacağını möhkəm tutun
(G, şəkil 8). Starter kabelini müqavimət hiss edilənə qədər astaca dartın, sonra isə
sürətlə dartın.
XƏBƏRDARLIQ
Starter kabeli o qədər sürətlə geri dartılır ki, (geri çəkilmə) anidən əlinizi və qolunuzu
maşına tərəf dartacaq. Bu, sümüklərin sınmasına, onlarda çatlara, göyərmələrə və ya
çıxıqlara gətirib çıxara bilər. Mühərriki işə salarkən, starter kabelini müqavimət hiss
edilənə qədər astaca dartın, sonra isə geri çəkilmənin qarşısını almaq üçün sürətlə
dartın.
8.
Əgər varsa, Elektrik Start-ı: Elektrik Açarı İŞLƏK/START istiqamətində fırladın.
XƏBƏRDARLIQ
Starterin istifadə müddətini artırmaq üçün qısa işəsalma
dövrlərindən istifadə edin (ən çox 5 saniyə) İşəsalma dövrləri arasında bir dəqiqə
gözləyin:
Qeyd Əgər mühərrik təkrar cəhdlərdən sonra işə düşmürsə, kömək üçün yerli
dilerlə əlaqə saxlayın və ya BRIGGSandSTRATTON.com ünvanına keçin və ya
1-800-233-3723 zəng edin (ABŞ-da).
Hava klapanının qapanması sistemi
1.
Mühərrikin yağının səviyyəsini yoxlayın. Bax Yağın səviyyəsini yoxlayın bölmə.
2.
İntiqal idarəetmə avadanlığının, əgər belələri vardırsa, ayrıldığına əmin olun.
3.
Yanacaq ötürücü klapanı (A, şəkil 8), əgər varsa, AÇIQ rejimə keçirin.
4.
Drossel idarəetməsini (B, şəkil 8), əgər varsa, SÜRƏTLİ rejimə keçirin. Mühərriki
SÜRƏTLİ rejimdə işlədin.
5.
Hava klapanının bağlanması sistemini (F, şəkil 11), əgər varsa, BAĞLI rejimə
keçirin.
Qeyd İsti mühərriki yenidən işə salarkən hava klapanının bağlanma sisteminə ehtiyac
yoxdur.
6.
Dayandırma açarınını (D, şəkil 11), əgər varsa, QÇIQ rejimə keçirin.
7.
Əgər məhsul mühərrikin dayandırılması lingi ilə təchiz edilmişdirsə (C şəkil 10),
mühərrikin dayanma lingini əl tutacağına tərəf tutun.
8.
Əgər varsa, yenidən sarınan start: Starterin kabelinin tutacağını möhkəm tutun
(G, şəkil 8). Starter kabelini müqavimət hiss edilənə qədər astaca dartın, sonra isə
sürətlə dartın.
17

Publicidad

Tabla de contenido
loading

Este manual también es adecuado para:

090000093j00100000

Tabla de contenido