Descargar Imprimir esta página

Stihl RMA 253.0 Manual De Instrucciones página 589

Publicidad

Idiomas disponibles
  • MX

Idiomas disponibles

  • MEXICANO, página 44
4 Təhlükəsizlik təlimatı
– İstifadəçi anlayır ki, o hadisələr və
xəsarətlərlə əlaqəli məsuliyyət daşıyır.
– İstifadəçi həddi-büluğ yaşına çatmışdır
və ya istifadəçi peşə fəaliyyəti yerinə
yetirmək üçün milli qaydalar əsasında
təlim keçirmişdir.
– İstifadəçi, qazon biçəni ilk dəfə
işlətmədən əvvəl, bir STIHL təmsilçisi
və ya bir mütəxəssis şəxsin tərəfindən
təlimat almışdır.
– İstifadəçi alkoqol, dərman və ya
narkotiklərlə məhdudlaşdırılmamışdır.
► Bir şey aydın deyilsə: STIHL distribyutoruna
müraciət edin.
4.4
Geyim və ləvazimat
Xəbərdarlıq
■ İş zamanı, obyektlər yuxarı sürətlə dışarıya
tullana bilər. İstifadəçi yaralana bilər.
► Davamlı materialdan olan uzun bir şalvar
geyin.
■ İş zamanı, toz qalxa bilər. Nəfəs alınan toz
sağlamlığa zərər verə bilər və allergik
reaksiyalara səbəb ola bilər.
► Toz qalxdığı vəziyyətdə: Bir toz maskası
geyin.
■ Uyğun olmayan geyim, taxta, kol və qazon
biçənə ilişə bilər. Uyğun geyim geyməyən
istifadəçilər ağır yaralana bilərlər.
► Dar paltar geyin.
► Şal və cəvahiratı kənara qoyun.
■ Təmizləmə, baxım yaxud daşıma zamanında,
istifadəçi bıçağa dəyə bilər. İstifadəçi yaralana
bilər.
► Qoruyucu əlcəklər geyinin.
■ İstifadəçi uyğun ayaqqabı geymədiyi təqdirdə,
sürüşə bilər. İstifadəçi yaralana bilər.
► Möhkəm və bağlı iş ayaqqabısı geyinmək
lazımdır.
■ Bıçağı itiləmə zamanında, iş parçası
hissəcikləri dışarı atıla bilər. İstifadəçi yaralana
bilər.
► Yerində möhkəm duran bir qoruyucu eynək
taxın. Uyğun qoruyucu eynəklər, EN 166
standartı və ya ölkənin qanunlarına görə
yoxlanılır və əlaqəli işarələrlə satıcılardan
əldə edilə bilər.
► Qoruyucu əlcəklər geyinin.
0478-131-9862-B
4.5
İş və fəaliyyət sahəsi
4.5.1
Qazon biçən
Xəbərdarlıq
■ İcazəsiz şəxslər, uşaqlar və heyvanlar qazon
biçənin və tullanılan obyektlərin yaratdığı
təhlükələri tanıya və ya qiymətləndirə bilməz.
İcazəsiz şəxslər, uşaqlar və heyvanlar, ciddi
və ya ölümcül xəsarət ala və mülkiyyətə ziyan
dəyə bilər.
► İcazəsiz şəxslər, uşaqlar və
heyvanları iş sahəsindən kənarda
saxlayın.
► Obyektlərdən təhlükəsizlik məsafəyə riayət
edin.
► Qazon biçəni nəzarətsiz buraxmayın.
► Uşaqların qazon biçənlə oynaya
bilmədiklərinə əmin olun.
■ Yağışda işləyərsə, istifadəçi sürüşə bilər.
İstifadəçi ağır yaralana və ya ölə bilər.
► Yağış yağırsa: İşləməyin.
■ Qazon biçən sudan qorunmur. Yağışda və ya
nəmli bir yerdə işlənirsə, elektrik çarpması
həyata keçə bilər. İstifadəçi yaralana bilər və
qazon biçən zədələnə bilər.
► Yağışda və nəmli yerdə işləməyin.
► Yaş otu biçməyin.
■ Qazon biçənin elektrik parçaları qığılcımların
çıxmasına səbəb ola bilər. Qığılcımlar
asanlıqla yanan yaxud partlayan bir mühitdə
yanğınlara və partlayışlara səbəb ola bilər.
Şəxslər ciddi və ya ölümcül xəsarət ala və
mülkiyyətə ziyan dəyə bilər.
► Tezalışan və partlaya bilən mühitdə
işləməyin.
4.5.2
Akkumulyator
Xəbərdarlıq
■ İcazəsiz şəxslər, uşaqlar və heyvanlar
akkumulyatorların yaratdığı təhlükələri tanıya
və ya qiymətləndirə bilməz. İcazəsiz şəxslər,
uşaqlar və heyvanlar ağır yaralana bilər.
► İcazəsiz şəxslər, uşaqlar və heyvanları
uzaqlaşdırın.
► Akkumulyatoru nəzarətsiz buraxmayın.
► Uşaqların akkumulyatorla oynaya
bilməyəcəklərindən əmin olun.
■ Akkumulyator bütün mühit şərtlərinə qarşı
qorunmur. Əgər akkumulyator müəyyən mühit
təsirlərinə məruz qalarsa, akkumulyator
yanğın və ya partlayışa səbəb ola bilər və ya
düzəlməz şəkildə zədələnə bilər. Şəxslər ağır
xəsarət ala və ya mülkiyyətə ziyan dəyə bilər.
Azərbaycan dili
589

Publicidad

loading