Descargar Imprimir esta página

Stihl RMA 253.0 Manual De Instrucciones página 600

Publicidad

Idiomas disponibles
  • MX

Idiomas disponibles

  • MEXICANO, página 44
Azərbaycan dili
► Sükandan (1) möhkəm yapışın və fırlanan
dəstəkləri (2) açın.
► Sükanı (1) geriyə doğru qatlayın.
► Qapağı (3) açın və saxlayın.
► Qazon biçəni geriyə doğru qaldırın.
17.2
Qazon biçəni təmizləmək
► Qazon biçəni söndürün, təhlükəsizlik açarını
dartın və akkumulyatoru çıxarın.
► Qazon biçəni nəm dəsmalla təmizləyin.
► Tullama kanalını yumşaq bir fırça və ya nəm
dəsmalla təmizləyin.
► Akkumulyator yuvacığından yad cisimləri
kənarlaşdırın və yuvacığı nəm dəsmalla
təmizləyin.
► Akkumulyator yuvacığındakı elektrik
terminallarını fırça və ya yumşaq şotka ilə
təmizləyin.
► Havalandırma boşluqlarını bir fırça ilə
təmizləyin.
► Qazon biçəni ayaq üstə durdurun.
► Bıçağın ətrafını və bıçağı, taxta çubuq,
yumşaq bir fırça və ya nəm dəsmalla
təmizləyin.
17.3
Akkumulyatoru təmizləmək
► Akkumulyatoru nəm dəsmalla təmizləyin.
18 Saxlamaq
18.1
Bıçağı sökmək və montaj
etmək
18.1.1
Bıçağı çıxarmaq
► Qazon biçəni söndürün, təhlükəsizlik açarını
dartın və akkumulyatoru çıxarın.
► Qazon biçəni ayaq üstə durdurun.
► Bıçağı (1) bir taxta parçası ilə bloklayın (2).
► Vinti (3) ox istiqamətində açın və şayba (4) ile
çıxarın.
► Bıçağı (1) çıxarın.
► Vinti (3) və şaybanı (4) atın.
Bıçağı (1) quraşdırmaq üçün yeni vint və yeni
şayba istifadə edin.
600
18.1.2
Bıçağı quraşdırmaq
► Qazon biçəni söndürün, təhlükəsizlik açarını
dartın və akkumulyatoru çıxarın.
► Qazon biçəni ayaq üstə durdurun.
► Yeni şaybanı (1) tağ ilə xaricə tərəf yeni vintin
(2) üzərinə yerləşdirin.
► Vintin (2) yivinə vint yapışqanı Loctite 243
tətbiq edin.
► Bıçağı (3) elə yerləşdirin ki təmas səthindəki
yüksəkliklər çuxurlara girsin.
► Vinti (2) şayba (1) ilə birlikdə fırladıb bağlayın.
► Bıçağı (3) bir taxta parçası ilə bloklayın (4).
► Vinti (2) 65 Nm bərkidin.
18.2
Bıçağı itiləmək və tarazlamaq
Bıçağı doğru şəkildə itiləmək və tarazlamaq üçün
çox məşq etmək lazımdır.
STIHL, bıçağın itilənməsi və tarazlanmasını
STIHL mütəxəssis vasitəçi tərəfindən həyata
keçirməyinizi tövsiyə edir.
Xəbərdarlıq
■ Bıçağın kəsici kənarları itidir. İstifadəçi özünü
kəsə bilər.
► Davamlı materialdan olan iş əlcəkləri
geyinin.
► Qazon biçəni söndürün, təhlükəsizlik açarını
dartın və akkumulyatoru çıxarın.
► Qazon biçəni ayaq üstə durdurun.
► Bıçağı çıxarın.
► Bıçağı itiləyin. İtilənmə bucağına diqqət edin
və bıçağı soyumağa qoyun,
İtiləmə zamanında bıçaq mavi rəngə
çevrilməməlidir.
► Bıçağı quraşdırın.
18 Saxlamaq
21.2.
0478-131-9862-B

Publicidad

loading